axin.az

SON DƏQİQƏ

MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olundu - ÖZƏL + FOTO

14-02-2020, 15:51

MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olundu - ÖZƏL + FOTO
Fevralın 12-də və dünən futbol üzrə İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

Axin.az xəbər verir ki, komandanın meneceri Styuart Braun, səyahət meneceri Keli Braun, mühafizə xidmətinin rəhbəri Toni Coniford və mühafizə xidmətinin əməkdaşı Stiv Lyuisdən ibarət olan nümayəndə heyətinin səfəri hotel və stadionlara baxış məqsədi daşıyıb.

İngiltərə millisinin təmsilçiləri səfər proqramı çərçivəsində Bakı Olimpiya Stadionuna (BOS) da baxıblar.

Bəs BOS-da onları müşayiət edən şəxs kimdir? Bu, MMA döyüşçümüz Cəmil İbrahimovdur. Sual yaranır: MMA döyüşçüsü hara, futbol hara?

Axin.az bu məsələ ilə bağlı maraqlı məqam öyrənib. O, AVRO-2020 ilə bağlı Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunub. Onun bu vəzifəyə təyin olunması tək idmançı olması ilə bağlı deyil. 27 yaşlı Cəmil ingilis və fransız dillərində danışmağı bacardığından, qonaqlarla tərcüməçisiz ünsiyyət qurmaqda problem yaşamır.




Qeyd edək ki, Cəmil İbrahimov UFC-dən sonra ikinci nüfuzlu MMA turniri olan “Bellator”da debüt edən ilk azərbaycanlı olub. O, peşəkar MMA-da üç görüş keçirib və bunların ikisində qalib gəlib.

Xatırladaq ki, Avro-2020-nin dörd oyunu (üç qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

Onu da bildirək ki, ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər edib.
MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olundu - ÖZƏL + FOTO
MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olundu - ÖZƏL + FOTO
MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olundu - ÖZƏL + FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA