axin.az

SON DƏQİQƏ

"Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm" - Buffon

14-02-2020, 17:52

"Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm" - Buffon“Yuventus”un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında “Milan”la oyundan sonra (1:1) maraqlı açıqlama verib.

Axin.az xəbər verir ki, 42 yaşlı qolkiper "Milan"ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsi haqda deyib: “Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm”.
Qeyd edək ki, 2001-ci ildən “Yuventus”da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA