axin.az

SON DƏQİQƏ

“Barselona”nı məyus edən transfer - Gələndən 9 dəfə zədələnib

12-02-2020, 18:15

“Barselona”nı məyus edən transfer - Gələndən 9 dəfə zədələnibXəbər veridiyimiz kimi, dünən “Barselona”nın futbolçusu Usman Dembele Finlandiyada əməliyyat olunub.

Axin.az klubun saytına istinadən xəbər verir ki, fransalı hücumçu 6 ay meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, mövsümün erkən başa vuran 22 yaşlı forvard Avro-2020-də Fransa millisinə də kömək edə bilməyəcək.

Qeyd edək ki, Dembele uzun müddətdir əzələ yırtığından əziyyət çəkir. O, bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 4 oyun keçirib və 1 qol vurub.

2017-ci ilin avqustunda “Borussiya”dan 105 milyon avroya transfer olunan Dembeleni “Barselona” üçün uğurlu tranfser saymaq olmaz. O, bu komandadakı 2,5 il müddətində düz 9 dəfə zədə və ya ağır zədə alıb. O, ümumilikdə “Barselona”da 74 matçda iştirak edib və cəmi 10 görüşdə əvvəldən axıradək oynayıb. Zədələri səbəbindən Dembele “Barselona”dan 504 gün və ya 80 matç aralı düşüb. 22 yaşlı fransalı son dəfə ötən ilin noyabrında meydana çıxıb. Zədələndiyi üçün o vaxtdan daha heç bir oyunda iştirak etməyib.

İspaniya mətbuatının yazdığına görə, Dembelenin zədələyə meyilli olması “Barselona” rəhbərliyini məyus edib və artıq onun transferə çıxarılması gündəmə gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA