İtaliyanın SPAL klubu baş məşqçisi Leonardo Sempliçi ilə yolları ayırıb.
Axin.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. İtaliya mətbuatı onu Luici di Byaconun əvəzləyəcəyini yazıb.
Qeyd edək ki, Sempliçi 2014-cü ildən SPAL-ı çalışdırırdı. Onun komandası hazırda A Seriyasında 15 xalla sonuncu yerdədir.