Əfqanıstanın qərbində yerləşən Badqis vilayətinin Mukur rayonuna hava hücumu olub.
Axin.az xəbər verir ki, bu barədə vilayət şurasının sədri Əbdül Əziz Bek açıqlama verib. O, ABŞ hərbçilərinin Talibana qarşı hücumu nəticəsində 3 mülki şəxsin öldüyünü bildirib.
Qeyd edək ki, ötən gün də Qunduz vilayətinə hücum olmuş və 5 mülki şəxs həyatını itirmişdi.