Bakıda döyülmə hadisəsi baş verib.
"Axin" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 52 yaşlı Əhmədov Arif naməlum şəxslər tərəfindən döyülüb.
Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.