ABŞ-da güclü yanğın olub.
“Axin.az” xəbər verir ki, bu barədə Yanğınsöndürmə Xidmətinə istinadən yerli WHNT telekanalı bildirib.
Qeyd edilir ki, hadisə Alabama ştatında yanalma körpüsündə qeydə alınıb. Yanğın zamanı 8 nəfər həlak olub.
Cekson dairəsində yanalma köpüsündə yanğın bazar ertəsi səhər baş verib və reyddə dayanan 35 qayığı məhv edib.
Hadisə yerində xilasedici dəstələr işləyir.
Daha əvvəl bildirilib ki, hadisə zamanı yeddi nəfər itkin düşüb, daha yeddi nəfər xəsarət alıb.