axin.az

SON DƏQİQƏ

Azərbaycanda dəhşət: Yeni ailə quran gəlin ata evinə qayıdıb özünü asdı

28-01-2020, 00:30

Azərbaycanda dəhşət: Yeni ailə quran gəlin ata evinə qayıdıb özünü asdıSabirabadda gənc qadın özünü asaraq intihar edib.

APA-nın məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Qarağac kənd sakini, 2000-ci il təvəllüdlü Günəşova Adilə Ağasəf qızı ailə münaqişəsi zəminində özünü ata evində asıb.

Yenicə ailə həyatı quran 20 yaşlı qadınla həyat yoldaşının valideyinləri arasında münaqişə yaranıb. Bundan sonra ata evinə qayıdan gənc qadın həmin yaşayış evində istifadə olunmayan otaqda axşam saatlarında özünə qəsd edib. Hazırda qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA