axin.az

SON DƏQİQƏ

Xəstəxanaya müayinəyə gələn kişi öldü

23-01-2020, 21:52

Xəstəxanaya müayinəyə gələn kişi öldüMingəçevir şəhərində xəstəxanaya müraciət edən kişi ölüb.

Axin.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Şamil Nəbiyev müayinə olunmaq üçün Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına müraciət edib.

İlkin məlumata görə, Ş.Nəbiyev həkim səhlənkarlığı nəticəsində orada vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA