Qazax şəhərində yol-nəqliyyat hadisəsi olub.
"Axin.az"in Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazax şəhər ərazisində, "Su-15" dairəsinin yaxınlığında baş verib.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanın olduğu bildirlir. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.