Axin.az xəbər verir ki, tanınmış meyxanaçı Ələkbər Yasamallının 20 yaşlı bacısı oğlu Şamxal intihar edib.
Məlumata görə, Şamxal itihardan əvvəlki gün dayısı ilə gecə saatlarına kimi söhbət edib.
Söhbət zamanı o, Ələkbərə heç bir şey deməyib. Şamxal daha sonra hamının evdən getdiyinə əmin olduqdan sonra özünü asaraq intihar edib.
Gəncin ailəsi baş vermiş hadisədən dərin sarsıntı keçirib.Mərhumun hansı səbəbdən intihara əl ətması bəlli deyil. Hazırda hadisə ilə bağlı istintaq gedir.
Ələkbər Yasamallının bir çox sənət yoldaşı və meyxanaçılar söz ustadının evinə gələrək ona başsağlığı veriblər.
Ələkbər Yasamallının bacısı oğlu Şamxalla birgə fotosunu ilk olaraq Axin.az Xəbərçi.Az - a istinadən təqdim edir.