axin.az

SON DƏQİQƏ

Bakıda heroin satışı ilə məşğul olan dörd nəfər tutuldu

18-01-2020, 13:57

Bakıda heroin satışı ilə məşğul olan dörd nəfər tutulduBakıda dörd nəfərin üzərindən heroin aşkarlanaraq götürülüb.

Axin.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Böləsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər cinayət məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Allahverdi Hümbətovdan 301 qr heroin, Xəzər RPİ-nin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1996-cı il təvəllüdlü Elvin Fərzəliyevdən 436 qr heroin aşkarlanaraq götürülüb.

Bundan başqa, bir nəfər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Belə ki, görülən tədbirlər zamanı Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Fazil Cəfərovun üzərindən 321 qr heroin aşkarlanaraq götürülüb.

Daha bir əməliyyat-axtarış isə Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elgün Qasımzadədən 389 qr heroin aşkarlanaraq götürülüb.

Hər dörd fakt üzrə araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA