Rusiyanın Murmansk vilayətində azərbaycanlı taksi sürücüsü sərnişinlərə saxta pulla qalıq qaytarır.
“Severİnform”un məlumatına görə, bu barədə yerli sakinlər sosial şəbəkələrdə müzakirə aparıblar.
Xəbərdə deyilir ki, qara rəngli “Mercedes”markalı avtomobil idarə edən azərbaycanlı yerli taksi xidmətlərindən birinə qoşulub.
Onun sərnişinlərə ödədiyi pulun qalığını saxta əskinasla qaytardığı bildirilir.
Xəbəri yayanlar taksi xidmətindən istifadə edənləri diqqətli olmağa çağırıb.
Hələlik polisin məsələyə münasibəti məlum deyil.