Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axin.az-a bildiriblər ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə idarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs - əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov 0,7 qram heroini şərti alıcıya 50 manata satmaq istəyən zaman saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Dadaşovun yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyəşlirilib. Onun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 115 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.