axin.az

SON DƏQİQƏ

Bakıda itkin düşən azyaşlı qız tapıldı - YENİLƏNİB

14-01-2020, 18:55

Bakıda itkin düşən azyaşlı qız tapıldı - YENİLƏNİBBakıda itkin düşən yeniyetmə qız tapılıb.

Bu barədə “Axin.az”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb:

“Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb”.

17:13

Bakıda 14 yaşlı qız itkin düşüb.

Axin.az xəbər verir ki, yanvar ayının 13-də gecə saat 00:05 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yaşayan 2005-ci il təvəllüdlü Aysel Salahova evindən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA