axin.az

SON DƏQİQƏ

Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilər

14-01-2020, 17:53

Bakıda yaşlı qadını kəndirlə bağlayıb, ağzına dəsmal tıxayaraq qarət etdilərBakıda 65 yaşlı qadın öz evində qarətə məruz qalıb.

Bu barədə Axin.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat daxil olub.

Yanvarın 13-ü saat 19:00 radələrində naməlum şəxs 65 yaşlı Nərgiz Əhməd qızı Cəfərovanın evinə girib. Cinayətkar qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.
O, N.Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu oğurlayıb.

Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.

Faktla bağlı rayonun 20-ci Polis Bölməsinin əməkdaşları istintaq aparır. Hələlik həbs olunanlar yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA