Bakıda yeniyetmə mağazadan pul oğurlayıb.
Bu barədə "Axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki mağazaların birindən 1020 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan bir yeniyetmə saxlanılıb.