“Barselona” ciddi itki ilə üzləşib.
Axin.az SİA-ya istinadan xəbər verir ki, komandanın əsas hücumçularından olan Luis Suares yanvarın 12-də dizindən əməliyyat olunub. Klubun rəsmi saytı uruqvaylı forvardın 4 ay meydana çıxa bilməyəcəyini açıqlayıb.
32 yaşlı futbolçu ötən mövsümün sonunda da dizindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, Suares bu mövsüm Kataloniya klubunun heyətində 23 matçda 14 qol vurub, 11 qolun ötürməsini verib.