axin.az

SON DƏQİQƏ

Bakıda sürücü piyadanı vurub qaçdı

2-12-2019, 16:50

Bakıda sürücü piyadanı vurub qaçdı
Piyadanı vuraraq hadisə yerindən qaçmış şəxs saxlanılıb.

Axin.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 28-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini A.Kərimovanı vurub. Piyada xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA