axin.az

SON DƏQİQƏ

Sumqayıtda zəncirvari yol qəzası olub

6-10-2020, 12:27

Sumqayıtda zəncirvari yol qəzası olubSumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

"Axin.az"ın məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 50-DE-533 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 50-CA-510 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 50-DH-627 dövlət nömrə nişanlı KIA markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və PPX əməkdaşları və təxliyə maşını cəlb edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA