İndoneziyanın qərbindəki Banqka-Belitunq əyalətində kömür mədəninin çökməsi nəticəsində ən azı üç mədənçinin öldüyü və daha üç nəfərin itkin düşdüyü bildirilir.
"Axin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Departamentinin nümayəndələri məlumat veriblər.
Axtarışlar davam etdirilir. Şiddətli yağışların çökməyə səbəb ola biləcəyi aydınlaşdırılır.