axin.az

SON DƏQİQƏ

ABŞ-da koronavirusa yoluxmuş ilk it öldü

31-07-2020, 11:30

ABŞ-da koronavirusa yoluxmuş ilk it öldüABŞ-da koronavirusa yoluxmuş alman ovçarkası xəstəlik diaqnozundan 1 ay sonra ölüb.

Axin.az” xəbər verir ki, bu barədə “National Geographic” jurnalı bildirib.

Aprelin ortalarında Nyu-York ştatında yaşayan 7 yaşlı “Baddi” ləqəbli itdə nəfəsalmada çətinlik simptomları aşkarlanıb. İyunun əvvəlində ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Heyvanların və Bitkilərin Sağlamlığının Yoxlanılması Xidməti bildirib ki, heyvanda koronavirus aşkarlanıb.

“Baddi”nin sahibləri jurnalın əməkdaşlarına heyvanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və onun ölümqabağı simptomlarını izah edən tibbi kart verib.

Onun ölümünə COVID-19-un və ya bədxassəli şişin səbəb olduğu hələlik məlum deyil.

Daha əvvəl ABŞ-ın Baytarlıq Xidməti bildirib ki, koronavirus pələngdə, şirdə və iki pişikdə aşkarlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA