Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Pirşağı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Xudiyev Yaqub Səfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.