ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə “Axin.az” ABC telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Yuta ştatında qeydə alınıb. Qəza zamanı azı 4 nəfər həlak olub.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.