axin.az

SON DƏQİQƏ

Sabunçu rayonunda iki avtomobil toqquşdu, xəsarət alanlar var

2-07-2020, 11:33

Sabunçu rayonunda iki avtomobil toqquşdu, xəsarət alanlar varBakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Axin.az"in məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması zamanı 32 yaşlı Ramazanova Natalia Ramazan qızı, 30 yaşlı Məmmədova Fidan İlham qızı və 26 yaşlı Hüseynov Hüseynəli Rafiq oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N.Ramazanovaya döş qəfəsinin əziyi, F.Məmmədovaya qabırğaların sınığı və H.Hüseynova isə bədənin müxtəlif yerlərinin əziyi diaqnozları qoyulub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA