axin.az

SON DƏQİQƏ

İndoneziyada helikopter qəzası nəticəsində 4 nəfər həlak olub

6-06-2020, 20:28

İndoneziyada helikopter qəzası nəticəsində 4 nəfər həlak olub
İndoneziya ordusuna məxsus “Mi-17” helikopteri Mərkəzi Yava əyalətində qəzaya uğrayıb.

“Axin.az” xəbər verir ki, bu barədə “Jakarta Globe” məlumat yayıb.

Qeyd olunub ki, qəza nəticəsində göyərtədə olan dörd nəfər ölüb, beş nəfər yaralanıb.

Hadisə yerli vaxtla 13:40-da (Bakı vaxtı ilə 10:40) Kendal şəhərindəki sənaye kompleksinin yaxınlığında baş verib.

Ordu sözçüsü Nefra Firdausun sözlərinə görə, helikopter bir gündə ikinci təlim uçuşunu reallaşdırıb. Faktla bağlı araşdırma aparılır.

Bütün yaralılar yerli xəstəxanaya aparılıblar. Nəşrin məlumatına görə, onlar ağır yanıq xəsarətləri alıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA