Ağcabədi rayonunda, yanacaqdoldurma məntəqəsinin ərazisində ümumi sahəsi 60 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tikilinin qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.