Somalidə mikroavtobusun partladılması nəticəsində azı 6 nəfər ölüb.
“axin.az” “Reuters”ə istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişodan 19 km aralıda baş verib.
Bildirilir ki, ölənlərin sayı arta bilər.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.