Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında baş vermiş atışmadan sonra bir neçə nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.
"Hazırda yaralı ilə birlikdə ümumilikdə doqquz nəfər saxlanılıb. Onlardan hər birinin hadisədə iştirakı müəyyənləşdirilir, - mənbə agentliyə bildirib.
***22:39
Rusiyanın paytaxtı Moskvanın cənubunda, Kaşirsk şosesindəki avtomobil dayanacağında baş verən atışma nəticəsində bir nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
"İlkin informasiyaya görə, atışma nəticəsində 1 nəfər yaralanıb. Ona tibbi yardım göstərilir", - mənbə agentliyə bildirib.
Mənbənin məlumatına görə, atışma iştirakçıları yivli silahdan istifadə ediblər.
İstintaq Komitəsi zərərçəkmiş haqqında informasiyanı təsdiqləyib. "Moskvanın cənubunda atışma nəticəsində kişinin yaralanması faktı üzrə araşdırma aparılır", - deyə komitənin nümayəndəsi Yuliya İvanova bildirib.
"İndi hadisə yerində müstəntiqlər işləyirlər. Hadisənin tam təfərrüatı müəyyən edilir", - İvanova əlavə edib.