axin.az

SON DƏQİQƏ

Ukraynada deputat qətlə yetirilib

23-05-2020, 22:30

Ukraynada deputat qətlə yetirilibUkraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı Valeri Davidenkonun meyiti aşkarlanıb.

Bu barədə “Report” Ukraynanın "Strana” nəşrinə istinadən xəbər verir.

Qeyd edilir ki, o, başından aldığı güllə yarasından ölüb. Nəşrin məlumatına görə, parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib.

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, parlamentə Çerniqov əyalətinin 208-ci dairəsindən seçilmişdi. V.Davidenko namizədliyini müstəqil irəli sürüb. O, heç bir partiyanın üzvü deyil.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA