axin.az

SON DƏQİQƏ

Bakıda avtomobilin vurduğu şəxs evdə öldü

22-05-2020, 14:05

Bakıda avtomobilin vurduğu şəxs evdə öldü
Bakıda yol qəzası baş verib.

“Axin.az”in xəbərinə görə, hadisə mayın 18-də, saat 15 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəşad Şıxəliyev idarə etdiyi BMV markalı avtomobillə hərəkətdə olan zaman piyada keçidinin üzərində yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Zahid Məmmədovu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, oradan isə digər hospitala köçürülüb. Daha sonra xəstə evə buraxılıb. Z.Məmmədov mayın 21-də yaşadığı mənzildə vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA