axin.az

SON DƏQİQƏ

Omba əməliyyatdan çıxan model bu hala düşdü - 4 aydır otura bilmir

22-05-2020, 11:04

Omba əməliyyatdan çıxan model bu hala düşdü - 4 aydır otura bilmirQadının "gözəl" görünmək istəyi kabusuna çevrilib.

Axin.Az The Sun-a istinadla bildirir ki, 25 yaşlı İnstaqram fenomeni həkim səriştəsizliyinin qurbanı olub.

Hindistanda, Yeni Dehlidə yaşayan 25 yaşlı Shilpa Sethi omba böyütmə əməliyyatı üçün 10 min dollara yaxın pul xərcləsə də, istəyi baş tutmayıb.

Belə ki, modelin bədəni eybəcər hala düşüb, bədənində ləkələr əmələ gəlib və o, 4 aydır ki, otura bilmədiyini iddia edir.

"Əvvəllər bədən quruluşumdan narazı idim. Anam dəfələrlə xəbərdarlıq etsə də, ona qulaq asmayıb bıçaq altına yatdım. Təcrübəli həkim seçdiyimi düşünürdüm, amma sonradan öyrəndim ki, onun barədə sosial şəbəkələrdə rəy yazan şəxslər saxta hesablardır. Əməliyyatdan sonra tənginəfəs olmuşam, ayaqlarımda şiddətli ağrılar yaranıb", - o bildirib.

Model əməliyyatla gözəlləşmək həvəsində olan şəxslərə çağırış edərək daha ehtiyatlı olmağı bu barədə qərar verməzdən əvvəl dəfələrlə düşünməyə səsləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA