axin.az

SON DƏQİQƏ

Bakıda oğurlanan avtomobil tapıldı

21-05-2020, 12:37

Bakıda oğurlanan avtomobil tapıldıBakıda oğurlanan avtomobil tapılıb.

Axin.az xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan Kənan Qarayevə məxsus, “VAZ 2107” markalı avtomobil gecə saatlarında qaçırılıb.

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Qaçırılan avtomobil rayonun Südçülük sovxozu adlanan ərazisində aşkar edilib.

Avtomobili qaçırmaqda şübhəli bilinən 1992-ci il təvəllüdlü H.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun rayonun Balaxanı qəsəbəsində yerləşən mağazalardan birindən 2 700 manat dəyərində ərzaq və televizor oğurladığı da məlum olub.

Qeyd edək ki, H.Məmmədov əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə məhkum olunub.

Faktla bağlı araşdırma davam edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA