axin.az

SON DƏQİQƏ

İŞİD liderinin varislərindən biri yaxalandı

21-05-2020, 09:09

İŞİD liderinin varislərindən biri yaxalandıİraq Milli Kəşfiyyatı İŞİD terror qruplaşmasının öldürülmüş lideri Əbu Bəkir əl-Bağdadinin mümkün varislərindən biri Abdel Nasir Kardaşın tutulduğunu bildirib.

“Axin.az” xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.

"Сinayətkar Əl-Bağdadinin varisliyinə namizəd Abdel Kardaş saxlanılıb", - agentlik bildirib. Bu, silahlının təxəllüslərindən biridir.

KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırırdı. “Guardian” qəzetinin məlumatına görə, dəstənin banilərindən biri Əmir Məhəmməd Əbdül Rəhman əl-Maulə əl-Salbi olub.

Qəzetin kəşfiyyat təşkilatının iki nümayəndəsindən aldığı məlumata görə, İraq sakini Əmir əl-Salbi əl-Bağdadinin 2019-cu ilin oktyabrında zərərsizləşdirilməsindən bir neçə saat sonra İŞİD rəhbəri təyin edilib. Nəşr yazır ki, o həmçinin Hacı Abdel və Abdella Kardaş təxəllüsləri ilə məşhurdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA