axin.az

SON DƏQİQƏ

Sevgilisini öldürən şəxsin məhkəməsi başladı

20-05-2020, 16:12

Sevgilisini öldürən şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“axin.az” xəbər verir ki, Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclasinda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA