axin.az

SON DƏQİQƏ

“Şəhərdə bir az gəzdim, fırlandım, gəldim, təslim oldum” - VİDEO

19-05-2020, 15:25

“Şəhərdə bir az gəzdim, fırlandım, gəldim, təslim oldum” - VİDEO“Birinci cinayətimdə də özüm təslim olmuşdum, ikincidə də. Qaçmağın mənası yoxdur”.

Bunu Bakının “Kubinka” məhəlləsində dünyaya gələn Səməd Səmədov ARB TV-nin “Rezonans” proqramında öz həyat hekayəsini danışarkən deyib.

O bildirib ki, birinci cinayətini yeniyetmə yaşlarında törədib:

“Öldürdüyüm şəxs bacımın sinif yoldaşı idi. Gənclik illərim idi, bacımgilin məktəbinə getdim. Əmək təlimi dərsi idi. Çağırdım oğlanı, çıxardım bayıra, vurdum.

İkinci cinayətim bağda oldu. Qonşularımla, yaxın uşaqlarla yığışıb bağa getdik. Alış-veriş edib bağa yeyib-içməyə gəldik. Bir nəfər də məclisimizə gəldi. Onun məclisdəki bir nəfərlə mübahisəsi yarandı.

Mən də bunu çölə çıxarıb apardım ki, yola salam. İçkili idi, getmək istəmirdi, söyüş söyürdü. Heç söyüşlərinə baxmadım, bildim ki, içkilidir. Dedim, eybi yox, sabah ayılar, söhbət edərik. Birdən o, mənə bıçaq çıxardı. Hər şey bir anda baş verdi. Bir də ayıldım ki, qonaqlar məni onun üstündən qaldırırlar. Onu yerə yıxmışdım”.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA