axin.az

SON DƏQİQƏ

Kürdəmirdə narkotik maddə satan şəxs tutulub

18-05-2020, 16:19

Kürdəmirdə narkotik maddə satan şəxs tutulubKürdəmirdə narkotik maddənin satışı ilə məşğul olan şəxs saxlanılıb.

”Axin.az”in Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 50 yaşlı rayon sakini, 1940-ci il təvəllüdlü Rəşad Bəhrəm oğlu Məmmədovdan 0,05 qram kağız bükümdə narkotik maddə olan heroini tanışı, rayon sakini Atakişiyev Vüqar Məmməd oğluna satdığı məlum olub.

Dərhal RPŞ-nin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovu saxlayaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətiriblər.

Onun üzərində yoxlama aparılan zaman kağız bükümdə 0,107 qram narkotik maddə olan heroin polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb. İlkin dindirmə zamanı R.Məmmədov etdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayət işi başlanılıb, istintaq işləri davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA