axin.az

SON DƏQİQƏ

COVID-19 Braziliyada 16 minə yaxın insanın həyatına son qoydu

17-05-2020, 22:50

COVID-19 Braziliyada 16 minə yaxın insanın həyatına son qoyduBraziliyada son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 816 nəfər dünyasını dəyişib.

“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 15 633 nəfərə çatıb.

Hazırda 2 304 ölüm hadisəsinin infeksiya ilə bağlılığı araşdırılır.

Eyni zamanda son sutkada 14 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Bununla da yoluxanların sayı 233 142-yə çatıb, 89 672 nəfər sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA