Bakıda 13 yaşlı oğlunu bıçaqlamaqda təqsirləndirilən Rəhimov Vaqif Tapdıq oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Axin.az” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İradə Həsənzadənin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonunda qeydə alınıb.
2007-ci il təvəllüdlü F.Rəhimli bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.
Hadisənin münaqişə zəminində onun atası V.Rəhimov tərəfindən törədildiyi müəyyən eidlib.
Ona Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qsədən ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.