axin.az

SON DƏQİQƏ

Azərbaycan çempionatında çıxış edən idmançı narkoticarətə görə həbs olund

15-05-2020, 11:06

Azərbaycan çempionatında çıxış edən idmançı narkoticarətə görə həbs olundBasketbol üzrə Azərbaycan çempionatında çıxış edən Moldova millisinin üzvü Nikolay Kojuxar həbs olunub.

Axin.az xəbər verir ki, 28 yaşlı basketbolçu mayın 11-də olduğu ünvanda 100 min avroluq narkotik bitki olan kannabis (anaşa, xaşxaş) yetişdirməkdə, satmaqda və ya tədarük etməkdə ittiham olunur.

Kojuxarın vəkili Patrik Martin məhkəmə iclasında müştərisinin Azərbaycanda peşəkar basketbol komandasında oynadığını bildirib. Onun girov müqabilində azad edilməsi barədə vəsatət rədd edilib.

Qeyd edək ki, bu cinayət işi üzrə həbs olunmuş üç nəfərin (digərləri litvalılar – 38 yaşlı Eqidiyus Youdiskis və 43 yaşlı Linas Arsulis) növbəti məhkəməsi mayın 20-də keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA