Oğurluqda şübhəli bilinən Sumqayıt sakini saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yeddi avtomobildən pul, iki ədəd mobil telefon, maqnitofon, noutbuk və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb