Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Ramazanov Ramin Mais oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud çanağının əziyi diaqnozu qoyulub.