Rusiyanın Moskva vilayətində üç yaşlı qız səkkizinci mərtəbədən yıxılıb.
REN TV xəbər verir ki, hadisə baş verən zaman uşaq anası ilə evdə olub.
Ananın uşağı nəzarətsiz qoyması azyaşlının evin pəncərəsindən çölə yıxılmasına səbəb olub.
Möcüzə nəticəsində uşaq sağ qalıb. O, çoxsaylı qanaxmalar və sınıqlarla xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.