axin.az

SON DƏQİQƏ

Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ

7-05-2020, 14:51

Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏBakıda kişini bıçaqlamaqda təqsirləndirilən A.Qafarovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axin.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb. İlkin məlumata görə, K.Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibət qurmaq istəyib.

Qadının anası bunu bildikdə K.Binnətovla mübahisə edən zaman ona bıçaqla xəsarət yetirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA