axin.az

SON DƏQİQƏ

Abşeronda tullantılara görə sahibkar cəzalandırıldı

7-05-2020, 14:24

Abşeronda tullantılara görə sahibkar cəzalandırıldıEkologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub.

Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA