axin.az

SON DƏQİQƏ

Bakıda gənc gözəllik salonlarını soyduh

7-05-2020, 12:26

Bakıda gənc gözəllik salonlarını soyduhBakıda gözəllik salonlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Axin.az xəbər verir ki, mayın 5-dən 6-na keçən gecə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən gözəllik salonun qapısının sındırılması və 240 manat pulun oğurlanması ilə bağlı Rayon Polis İdarəsinə məlumat daxil olub.

Məlumat əsasında Xətai RPİ-nin Cinayət-Axtarış Şöbəsi və 37-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən ünvandan oğurluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini, 2002-ci il təvəllüdlü R.Dadaşzadə müəyyən olunaraq saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs qismində saxlanılan R.Dadaşzadə həmin tarixdə Bakı şəhər sakini A.Sultanovaya məxsus, F.Bayramov küçəsində yerləşən digər gözəllik salonundan da 490 manat məbləğində pul oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA