Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1971-ci il təvəllüdlü Vadim Kuramşin yoldan keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi diaqnozu qoyulub.