axin.az

SON DƏQİQƏ

Abşeronda qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb

4-05-2020, 18:40

Abşeronda qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb
Abşeronda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə "axin.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-i saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıb.

Araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA