axin.az

SON DƏQİQƏ

Bakıda aptekdən yenə uşaq qidası oğurlandı

2-05-2020, 12:55

Bakıda aptekdən yenə uşaq qidası oğurlandıBakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən son altı gündə uşaq qidalarının oğurlanması ilə bağlı ikinci hadisə qeydə alınıb.

Bu barədə Axin.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Paytaxtın Yasamal rayonunda, Azərbaycan prospektində yerləşən, Nəzakət Qarayevaya məxsus aptekdən iki paket uşaq qidası oğurlanıb. Oğurluqda şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, analoji fakt aprelin 26-da, saat 13:00 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınmışdı və polislər hadisəni qarət kimi qiymətləndirmişdilər.

Naməlum şəxs aptekə daxil olaraq, 1995-ci il təvəllüdlü satıcı Firuzə Ramazanovanı fiziki zorakılıqla hədələyərək, 106 manat dəyərində uşaq qidasını aparmışdı.

Cinayət hadisəsi Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılıb. Hələlik şübhəli şəxsin kimliyi müəyyənləşdirilməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA