Abşeron rayonunda 35 yaşlı qadın ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Axin.az-in məlumatına görə hadisə, rayonun Mehdiabad qəsəbəsi Bağlar məhəlləsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Həsənova Mükafat Ələmdar qızı bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş diaqnozu qoyulub.